XX əsrin faciəsi: Xocalı soyqrımından 31 il ötür
25-fev, 09:00 165 Gündəm1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi-Xocalı qırğını baş verdi. Yüzlərlə, insan al qanına qəltan edilib qətlə yetirildi. Düşmən kini, küdurəti içinə yığıb kimsəyə aman vermədi.
31 il bundan öncə-Xocalı soyqrımında ölümün alovlu nəfəsi hır yandan onların üstünə axırdı. Zalımın qara qılıncı günahsızların başına endirilirdi. Gecənin qaranlığı tökülən nahaq qanlardan qızarmağa başlayırdı. Göy üzünü qalın matəm buludları örtmüşdü. Dilsiz körpələrin ahı, fəğanı yüksəlirdi göylərə. Rəhmsiz insanların işgəncə torunda çırpınan ağsaçlı analar ucaladan uca sandığımız ulu Tanrını səsləyirdi. Qırmızı qana bürünmüş qaranlıq gecə hər yandsn ölüm yağdlırırdı insanların üstünə. Vaxtsız-vədəsiz dünyasını dəyişirdi insanlar! Onlara zülm edilir, divan tutulurdu 26 fevralda-o gecə, Xocalı faciəsində. O qanlı gecədə ölənlər, itənlər yüzlərlə, minlərlə idi...
Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələrin ən dəhşətlisi, ən müdhişi idi. Bu, bizim qan yaddaşımıza, qəm yaddaşımıza yazılan bir faciə oldu.
Kafir erməni həmin o dəhşətli gecədə ağbirçək anaya da güllə atdı, ağsaqqal qocaya da, südəmər körpəyə də. Düşmən amansız idi və xislətindəki bütün insani hissləri kənara qoyub quduz canavara dönmüşdü. O, türk qanına həris idi və bu qandan içdikcə hiddətlənir, ehtiraslı bir qüvvə ilə köməkisz ovunun üstünə atılır, insafın, mərhəmətin nə olduğunu bilmirdi. Onun qəlbində yalnız bir “istək” alovlanırdı: Türk qanı içmək! İnsanlıq adına yazılmayan bütün vəhşilikləri köməksiz insanların taleyinə qanlı güllələrlə həkk etdilər o gecə. Həmin o Xocalı qırğınında ermənilərin vəhşiliyi, etdikləri hərəkətlər yalnlz kafirə məxsusdur.
Xocalının qisası 30 ildən sonra ökə Prezidenti Ali baş Komandanımız İlham Əliyevin rəhbəriyi atında rəşadəti Milli Ordumuzun qəhrəmanlığı nəticəsində aındı. İşğal olunmuş ərazilərimiz qanlı düşmən pəncəsindən azad edildi. Ali Baş Komandanın verdiyi qələbə xəbərləri xalqımızın və ordumuzun mübarizə əzmini daha da artırdı. Cənab İlham Əliyevin dediyi kimi yumruğa çevriərək möhtəşəm qələbəni təmin etdi.
Biz də Əldiyyə işçiləri olaraq Xocalı faciəsindən 31 il ötməsinə baxmayaraq Xocalıda şəhid olan soydaşlarımızı qürura yadd edir, onlara Allahdan rəhmət diləyirik.
Maral Həsənova
Bakı şəhər Nizami rayon qeydiyyat şöbəsinin rəisi