Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" proqramı

"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.  
25.02.2023-cü il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159 və 1165-ci maddələri “Qanun üzrə vərəsəlik” mövzusu, həmin məcəllənin 1166-1178 maddələri “Vəsiyyət üzrə vərəsəlik”, “Mirasdan məcburi pay hüququ” mövzuları 1193 və 1200 maddələri baradə fikir mübadiləsi aparılacaq. 
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin  digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişik: 
 
1. Sevinc Yunusova - Hüquq müdafiəçisi



2. Pürüzə Əliyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil                                                               


3. Esmira Rzayeva- Hüquqşünas     
 

4. Fərid Məmmədov- Hüquqşünas  

Proqramın informasiya dəstəyi  “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.com”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
 
  
Yeganə Telmanqızı 
“XeberTıme.az”