Bu il Bakıya ən çox turist Rusiyadan gələcək, turizm gəlirləri artacaq - ŞƏRH
01-mar, 11:12 150 GündəmRusiyada internet portallarından birinin keçirdiyi sorğunun nəticələrinə əsasən, xarici ölkələrə səyahət etmək istəyən rusiyalılar üç şəhəri - Bakı, Antalya və İstanbulu seçirlər. Səyahətçilər Moskvadan bu şəhərlərə birbaşa uçmağı planlaşdırırlar və bir çoxu artıq yay üçün aktiv şəkildə reyslər bron edirlər.
Azərbaycana gələn rusiyalı turistlərin artması artıq statistikada da özünü göstərməyə başlayıb. Belə ki, Dövlət Turizm Agentliyinin 2023-cü ilin yanvar ayına olan hesabatına əsasən, həmin dövrdə ən çox Rusiyadan turist qəbul edilib. İlk ay ərzində Rusiyadan Azərbaycana gələn səyahətçilərin sayı 40 189 nəfər olub.
Bəs 2023-cü ildə Rusiyadan turist axını baş verərsə, bu ölkəmizin turizmdən gəlirlərini nə qədər artıracaq? Rusiyalılar Azərbaycanın daha çox hansı bölgələrini və istirahət mərkəzlərini üstün tuturlar?
Bununla bağlı Oxu.Az-a danışan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov qeyd edib ki, ölkəyə gələn turistlərin çoxluğu gəlirlərə birbaşa müsbət təsir edəcək. Onun sözlərinə görə, Bakıya gələn rus səyahətçilər təkcə paytaxtda dincəlməyəcək, rayonlara da üz tutacaqlar:
“Quru sərhədlərinin qapalı olması və qlobal miqyasda Rusiyaya tətbiq edilən sanksiyalar 148 milyon əhalisi olan şimal qonşumuzun vətəndaşlarının xaricə çıxışını məhdudlaşdırıb. Belə bir məqamda Bakıya birbaşa uçuşların həyata keçirilməsi turist axınına daha çox müsbət təsir edir. Ölkəmizin infrastrukturu və imkanları da rusiyalıları bura cəlb edir.
Rusiyanın geniş bir hissəsi soyuq şimal yarımkürəsinə daxil olduğundan orada yaşayan əhalinin çoxu günəş şüaları görmür. Rusiyalıların Azərbaycana xüsusilə yay aylarında gəlmək istəməsi də bu səbəbdəndir. Hazırda rusiyalı turistlərin ölkəmizə səyahəti ilk beşlikdədir”.
Şaiq Məmmədov onu da vurğulayıb ki, Azərbaycana səyahət edən turistlər milli mətbəx, sağlamlıq turizmi ilə daha çox maraqlanırlar, məşhur turizm zonalarına baş çəkirlər:
“Azərbaycanın, xüsusilə paytaxt əhalisinin rus dilində ünsiyyət imkanlarının olması rusiyalı turistlərə rahat hərəkət imkanları yaradır. Rusların ölkəmizdə ən çox zəngin milli mətbəxi, şərabçılıq, sağlamlıq turizmini sevirlər. Əvvəlki illərdə Azərbaycana gələn rusiyalı turistlərin səyahətləri zamanı Naftalan, Qalaaltı kimi sağlamlıq turizm xidmətləri təklif edən mərkəzlərə üstünlük verdiyini müşahidə etmişik. Bakıya və Abşerona səyahətlərdə isə şərab marşrutu önəmli rol oynayır.
Bir daha qeyd edirəm ki, turizm sahəsi dünya çapında ən gəlirli sahələrdən biridir. Azərbaycana turist axını da həm gəlirlərə müsbət təsir edəcək, həm də bölgələrdə insanların yerli turizmdən qazanc əldə etmək imkanlarını artıracaq. Xüsusilə, rusiyalıların ölkəmizə səyahətlərinin əhəmiyyətli dərəcədə artması təkcə paytaxt Bakı üçün deyil, bölgələr üçün də turizmdən qazanc imkanlarını artıracaq”.
Aysel Aslan