Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi
14-mar, 11:37 4 Gündəm / Siyasət
Azərbaycan Xarici İşlər Nazirliyi Efiopiyaya başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Efiopiyada baş verən dağıdıcı torpaq sürüşmələri və daşqınları nəticəsində baş verən faciəvi insan itkisi və çoxsaylı xəsarətlərdən dərin kədər hissi keçiririk.
Yaxınlarını itirənlərin ailələrinə, Efiopiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir və bu fəlakətdən zərər çəkən insanlarla həmrəy olduğumuzu bildiririk. Yaralılara tez və tam sağalmalarını arzulayırıq”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Efiopiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 80-ə çatıb. Hadisələrlə əlaqədar ölkədə 3 günlük matəm elan edilib.





