Karyerasının zirvəsində olanlar milliyə çağırılmırlar - De Byazinin seçimlərinə SÖZARDI
18-mar, 13:05 171 GündəmAzərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə səfər oyunları üçün heyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, baş məşqçi Canni De Byazi 27 futbolçuya dəvət göndərib. İtalyan mütəxəssisin bir çox seçimi ilə razılaşmaq olar. Xüsusən qapıçı mövqeyi ilə bağlı necə çətinə düşdüyünü təsəvvür etmək asan olmalıdır. Şahruddin Məhəmmədəliyevin yoxluğunda yığmaya qolkiper tapmaq müşkül məsələdir. Baş məşqçi heç də çox olmayan variantlar arasından Səlahət Ağayev, Emil Balayev və Yusif İmanovu seçib. Onlardan ilk ikisi yığmaya kifayət qədər dəvət alıb. İmanov isə “Sabah”da yaxşı mövsüm keçirir və milliyə çağırılması müsbət məqamdır.
Digər mövqelər üzrə ciddi mübahisələr aparmaq olar. Əlbəttə, heç də həmişə seçimlər hamını razı salmır. Bəzən baş məşqçilərin sevimli oyunçuları da olur. Lakin milliyə çağırılma prosesi daha çox performans əsasında olmalıdır. Necə ki, həm De Byazi özü, həm köməkçisi Arif Əsədov daim çempionat oyunlarındadır və yığmaya namizədləri canlı izləyirlər.
Belə olan halda haqlı suallar yaranır: Məsələn, Tellur Mütəllimov hansı xüsusi bacarığına görə millidədir?
“Sabah”ın müdafiəçisi il başlayandan 8 matçda forma geyinib. O, bu görüşlərdə cəmi 304 dəqiqə meydanda olub və xüsusi bir şeylə yadda qalmayıb. Tellur milli komandada isə “Lüksemburq”la Bakıdakı matçda birbaşa qırmızı vərəqə almaqla yığmanı pis vəziyyətdə qoymuşdu.
Alternativi varmı? Uzağa getməyə gərək yoxdur. Elə “Sabah”dakı Amin Seydiyev yaxşı seçim olardı. Paytaxt klubunun əla mövsüm keçirməsində böyük rolu olan müdafiəçi formasının zirvəsindədir. Lakin De Byazi nədənsə onu görmür.
Mütəllimovla bağlı fikirlərin oxşarını Toral Bayramovla bağlı da səsləndirmək olar. Bəli, o, yığmada yaxşı oyunlar keçirib, ancaq bu mövsüm enişdədir. Toral il başlayandan “Qarabağ”ın 5 çempionat matçında cəmi 220 dəqiqə meydanda olub. Heyətdə yerini Elvin Cəfərquliyevə uduzan sol cinah müdafiəçisi Konfrans Liqasında isə 1 dəqiqə də şans qazanmayıb.
Yenə daha yaxşı alternativ var. “Şamaxı”nın üzvü Fuad Bayramov möhtəşəm mövsüm keçirir. Çəkinmədən mövsümün tapıntısı hesab oluna biləcək 24 yaşlı futbolçu bölgə klubunun əvəzedilməz oyunçularındandır. Aktivində 3 qolu olan cinah müdafiəçisi 8 məhsuldar ötürmə ilə bu göstəricidə 3-cüdür. O, yalnız Coy-Lens Mikels və Leandro Anradeni özündən irəli buraxıb.
Fuadla bağlı beynəlxalq oyun təcrübəsinin olmadığı iddia edilə bilər. Bəs bu futbolçu təcrübəni nə zaman, harada qazanmalıdır? Sual ritorikdir.
Baş məşqçinin “Sabah”dan Ceyhun Nuriyevi dəvət etməsini pozitiv saymaq olar. Düzdür, o da klubunda əsas oyunçulardan deyil. Lakin gənc futbolçuya millinin ab-havasını hiss etdirmək müsbət qarşılanmalıdır. Eyni yanaşmanı elə Fuadla bağlı da tətbiq etmək olardı.
Digər seçimlərlə bağlı yenə irili-xırdalı mübahisəli məqamlar var. Daha çox diqqəti çəkən isə Rüstəm Əhmədzadənin bu dəfə də dəvət almasıdır. Urayna “Minay”ından “Qarabağ”a gələn, orada heyətə düşə bilməyib “Zirə”yə icarəyə verilən 22 yaşlı hücumçu bu mövsüm 1 qol belə vura bilməyib. O, cəmi 1 məhsuldar ötürmə edib.
Ancaq hücumçu kimi daha yaxşı göstəricilərə malik Kamran Quliyev, Amil Yunanov kimi adlar bu dəfə də kənarda qalıb.
Mübahisəli məqamlar çoxdur. Yaşı ötmüş Riçard Almeyda, zədələndikdən sonra “Qarabağ”ın heyətində yerini itirmiş Filip Ozobiç yenə də hansısa xüsusiyyətlərinə görə millidədir. Alternativ axtaran “Kəpəz”də Fərid Nəbiyevin performansına (5 qol, 6 məhsuldar ötürmə) baxa bilər. Yaxud həm müdafiənin cinahlarında, həm yarımmüdafiədə oynaya bilən Qismət Alıyev də başqa bir variantdır.
Bir daha qeyd edək ki, baş məşqçilərin oyunçu seçimləri təkcə Azərbaycanda deyil, dünyanın hər yerində müzakirələrə səbəb olur. Mütəxəssislər oyun fəlsəfəsi, taktiki uyğunluğa görə futbolçulara dəvət göndərirlər. Bu səbəbdən De Byazi seçimlərini ciddi arqumentlərlə əsaslandıra bilər. Ancaq ortada konkret faktlar da var və rəqəmlər heç vaxt yalan danışmır.
Faiq Tahirov