“Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi Abşeronda hüquqi dəstək adlı tədbir keçirib
14-apr, 10:58 207 GündəmAbşeron rayonu Heydər Əliyev Mərkəzində “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək” adlı tədbir keçirib
“Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir”
Layihəsi çərçivəsində Abşeron rayonu Heydər Əliyev Mərkəzində “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək” adlı tədbir keçirib.
Tədbirdə Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, Millət vəkili Jalə Əhmədova, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Millət vəkili Müşfiq Məmmədli, Abşeron Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, “Müasir İnternet Resursların İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Zamin Zeynal, Birliyin sədr müavini Sərvaz Hüseynoğlu, Hüquq departamentinin rəhbəri Nicat Cəfərov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosunun rəhbəri Orxan Mahmudov, vəkil Elşad Daşdəmirov, vəkil Namiq Məmmədov tanınmış ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak edərək çıxış ediblər.
Çıxış edənlər şəhid ailələri və müharibə iştirakçıları arasında dövlətin sosial siyasətinə ictimai dəstək yönümündə
belə bir hüquqi maarifləndirmə işi aparmağın ictimai, hüquqi əhəmiyyətindən danışıblar.
Qeyd ediblər ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanın Əliyeva tərəfindən daima ölkəmizin həssas qrupuna daxil olan şəhid ailələri və müharibə iştirakçılarına hər cür diqqət və qayğı göstərilir.
Bu baxımdan vətəndaş cəmiyyəti olaraq
“Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin hüquqi dəstək təşəbbüsü təqdirəlayiqdir.
Millixəbər. az-ın məlumatına görə tədbirlə bağlı “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal çıxışında bildirib ki, “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” layihəsini gerçəkləşdirməkdə əsas məqsəd Şəhid ailələrinin və müharibə iştirakçılarına hüquqi dəstək göstərməklə yanaşı Dövlət Başçısı cənab İlham Əliyevin sosial siyasət kursuna vətəndaş cəmiyyəti dəstəyi göstərməkdir.
Birlik sədri onu da deyib ki, şəhid ailələrinin və müharibə iştirakçılarına narahat edən sosial, hüquqi məsələlərə kömək olmaq üçün ölkəmizin 3 regionunda Abşeron, İmişli, Binəqədi rayonlarında vəkillərin iştirakıyla bu sayaq hüquqi maarifləndirmə tədbirləri keçiriləcək.
MİRİİB sədri xüsusi olaraq vurğulayıb ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə MİRİİB tərəfindən uğurla realllaşdırılan layihənin icra planına uyğun olaraq “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək adlı kitabça çap edilib. Bu kitabça vasitəsilə ölkəmizin həssas təbəqəsində hüquq bilgi və məlumatlandırmanın effektivliyini təmin etmək üçün şəhid ailələri və müharibə iştirakçılarına təqdim edilib.
Millixəbər.az Nicat Cəfərov