Milli Qurtuluş - Ulu Öndər Heydər Əliyev yolu


Azərbaycanın ən yeni tarixində xalqımız tərəfindən qeyd olunan mühüm günlərdən biri 15 İyun Milli Qurtuluş Günüdür. Bu gün ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub. Bu tarix yaddaşlarda Azərbaycanın dağılmaq təhlükəsi ilə üzbəüz qaldığı, xalqının təkidi və tələbi ilə hakimiyyətə qayıdan böyük Heydər Əliyevin ölkənin, millətin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürməsi, uzun illər davam edən gərginliyin, qarşıdurmaların aradan qaldırılması, respublikamızın vətəndaş müharibəsindən, parçalanmadan xilas edilməsi kimi taleyüklü tarixi  hadisələrlə qalıb.  Mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. 
Bu gün hər kəs, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Bəli, hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var ki, bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır. Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu gün həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır.
 Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 30 il ötür. Bu o tarixdir ki, həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
 Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişini şərtləndirən səbəblərə nəzər yetirsək görərik ki, Ümummilli Liderin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyinin qorunub saxlanılması bərqərar oldu.  
1993-cü il iyunun 15-də Heydər əLiyev Ali Sovetin sədri seçildi. Bu gün tarixə “Milli Qurtuluş günü” kimi daxil oldu. Erməmmistan ilə müharibə vəziyyətində olan Azərbaycan üşün ikinci cəbhə açaraq onu parçalayıb mıhv etmək istəyən qüvvələrin təhriki ilə törədilən vətəndaş müharibəsinin, separatçılığın qarşısı alındı. Həmçinin zorakı yola hakimiyyəti dəyişmək ənənəsinə də son qoyuldu. Azərbaycan dövlətçiliyini v müstəqilliyini qoruyub saxlamaq mümkün oldu. 
Tarixə Milli Qurtuluş Günü  kimi yazılan 15 iyundan başlanan yol  2020-ci ildə xalqımıza Parlaq Zəfəri ilə tarixə yazıldı.  Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycana möhtəşəm uğurlar qazandıran ulu öndər Heydər Əliyevin söylədiyi «Azərbaycan dünyaya günəş kimi doğacaq» tezisi reallıqda öz əksini tapdı. Azərbaycanın müstəqilliyinin daimiliyi və əbədiliyi təmin edildi. Azərbaycanın dünyaya səs salan bugünkü iqtisadi inkişafının, dünya birliyində söz sahibliyinin, qalib ölkə kimi nüfuz qazanmasının təməlində məhz Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı dayanır. Azərbaycanın müstəqilliyini əbədi, dönməz, sarsılmaz edən Ümummilli Lider 2003-cü ildə xalqa müraciət edərək sona çatdıra bilmədiyi işləri, layihələri  özü qədər inandığı cənab İlham Əliyevin tamamlayacağını bəyan etməklə Azərbaycanın gələcəyi üçün növbəti inamın və etimadın ünvanını göstərdi. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçildiyi vaxtdan  iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafını  diqqətdə  saxlayır. İqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını vacib amil kimi önə çəkərək, bu istiqamətdə biri-birindən əhəmiyyətli addımlar atır. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
Xalqımızın və müstəqil dövlətimizin xilasının başlanğıcı olan 15 İyun - Milli Qurtuluş Günü hr il respublikamızda geniş qeyd olunur. Məhz həmin gündə ümummilli lider Heydər Əliyev xalqın çağırışı ilə ölkə rəhbərliyinə qayıdaraq misilsiz fədakarlıqla milli dövlətçiliyimizi məhv olmaqdan xilas edib, müstəqilliyimizin dönməzliyini və ölkəmizin gələcək inkişafını təmin edib.
Xalqımız artıq üçüncü  ildir ki, Milli Qurtuluş Gününü tamamilə fərqli ovqatda, qalib ölkənin qalib vətəndaşı olaraq qeyd edir. 30 ilə yaxın müddətdə yurd həsrəti ilə yaşayan xalqımız üçün bundan böyük xoşbəxtlik ola bilməz. Artıq çağdaş dünya tarixinə ən mükəmməl hərbi əməliyyatlar dövrü kimi düşən 44 günlük İkinci Qarabağ savaşında qazandığımız möhtəşəm Qələbə sayəsində 30 ilin torpaq həsrətinə son qoyulub, ərazi bütövlüyümüz bərpa olunub, dünya bir daha Azərbaycanın hansı imkanlara malik olduğuna şahidlik edib. Müqəddəs Vətən müharibəsində Azərbaycan xalqı yenilməz, məğrur xalq olduğunu nümayiş etdirdi. Mənfur düşməndən təmizlənmiş cənnət Qarabağımızda artıq yeni həyat başlayıb. 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımız bu gün Böyük Qayıdışa şahidlik edirlər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib Lideri, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri ilə bu torpağın sahibinin Azərbaycan xalqı olduğunu bir daha təsdiqləyir.
 Xalqımız artıq ikinci ildir ki, Milli Qurtuluş Gününü tamamilə fərqli ovqatda, qalib ölkənin qalib vətəndaşı olaraq qeyd edir. 30 ilə yaxın müddətdə yurd həsrəti ilə yaşayan xalqımız üçün bundan böyük xoşbəxtlik ola bilməz. Artıq çağdaş dünya tarixinə ən mükəmməl hərbi əməliyyatlar dövrü kimi düşən 44 günlük İkinci Qarabağ savaşında qazandığımız möhtəşəm Qələbə sayəsində 30 ilin torpaq həsrətinə son qoyulub, ərazi bütövlüyümüz bərpa olunub, dünya bir daha Azərbaycanın hansı imkanlara malik olduğuna şahidlik edib. Müqəddəs Vətən müharibəsində Azərbaycan xalqı yenilməz, məğrur xalq olduğunu nümayiş etdirdi. Mənfur düşməndən təmizlənmiş cənnət Qarabağımızda artıq yeni həyat başlayıb. 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımız bu gün Böyük Qayıdışa şahidlik edirlər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib Lideri, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri ilə bu torpağın sahibinin Azərbaycan xalqı olduğunu bir daha təsdiqləyir.
Ədliyyə işçiləri olaraq hər birimiz Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi öndər Heydər əLiyevin müəyyən etdiyi inkiçaf strategiyasına daim sadiq qalacaq, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin hərtərəfli inkişafı naminı bundan sonra da dövlət başçısının layiqli davamçısı olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. 

Cəsarət Qasımov
Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu