Gənclər təşkilatları Milli Qurtuluş Günü münasibəti ilə bir araya gəliblər

Gənclər təşkilatları Milli Qurtuluş Günü münasibəti ilə bir araya gəliblər
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 15 İyun Milli Qurtuluş Günü münasibətilə bir sıra tədbirlər keçirilib.
İlk olaraq gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin məzarı I Fəxri Xiyabanda ziyarət olunaraq abidəsi önünə gül dəstələri qoyulub.
Tədbirlərin davamı olaraq Gənclər Təşkilatlarının Resurs Mərkəzində gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə "Konfidensial" filmi nümayiş olunub. Film nümayişindən sonra “Qurtuluşun formalaşdırdığı Azərbaycan Gəncliyi” mövzusunda müzakirə sessiyası baş tutub. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri, ölkə gənclər siyasətinin əsasının qoyulmasında rolu və töhfəsi, gənclərin milli ruhda yetişdirilmələri üçün atdığı addımlar, savadlı və fəal vətəndaşlar kimi formalaşmalarında həyata keçirdiyi fəaliyyətlər sessiyanın əsas müzakirə mövzuları olub.
NAYORA-a üzv olan gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə davam edən görüşdə xüsusi olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması, qüdrətlənməsi və davamlı uğurlara imza atması kimi vacib məqamlara da toxunulub.  

Fərid Səfərov

Gənclər təşkilatları Milli Qurtuluş Günü münasibəti ilə bir araya gəliblər
Gənclər təşkilatları Milli Qurtuluş Günü münasibəti ilə bir araya gəliblər
Gənclər təşkilatları Milli Qurtuluş Günü münasibəti ilə bir araya gəliblər
Gənclər təşkilatları Milli Qurtuluş Günü münasibəti ilə bir araya gəliblər
Gənclər təşkilatları Milli Qurtuluş Günü münasibəti ilə bir araya gəliblər
Gənclər təşkilatları Milli Qurtuluş Günü münasibəti ilə bir araya gəliblər
Gənclər təşkilatları Milli Qurtuluş Günü münasibəti ilə bir araya gəliblər
Gənclər təşkilatları Milli Qurtuluş Günü münasibəti ilə bir araya gəliblər
    
  facebook sharing button  Share
  twitter sharing button  Tweet
  mailru sharing button  Share
  odnoklassniki sharing button  
  telegram sharing button  
  whatsapp sharing button