Rihanna öz brendinin rəhbərliyindən getdi


Müğənni Rihanna 5 ildən sonra özünün alt paltarı brendi “Savage X Fenty”nin baş direktoru vəzifəsindən istefa verib.
O, bu vəzifəni 2018-ci ildə brend yaranandan bəri icra edib. İndi onu pərakəndə satış şirkəti “Anthropologie Group”un keçmiş baş direktoru Hillari Super əvəz edəcək. Müğənni isə öz növbəsində icraçı sədr olacaq və eyni zamanda “Fenty Beauty” kosmetika brendinin baş direktoru vəzifəsində qalacaq.
Dəyişikliklər 26 iyun 2023-cü il tarixindən qüvvəyə minəcək.
Mənbə: gazeta.ru