Azərbaycanın bir güləşçisi Avropa çempionu olub, üçü bürünc medal qazanıb
02-iyl, 12:06 128 GündəmOxu.Az xəbər verir ki, 97 kq-da mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə slovakiyalı Adam Jaksiklə qarşılaşıb.
Rəqibinə 12:5 hesabı ilə qalib gələn Əliyev qitə üçüncüsü olub.
21:33
Azərbaycanın daha bir sərbəst güləşçisi İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında medal qazanıb.
Oxu.Az xəbər verir ki, 79 kq-da çıxış edən Sadiq Mustafazadə 3-cü yer uğrunda görüşdə türkiyəli Bekir Talib Öveclə üz-üzə gəlib.
Qarşılaşmadan 10:0 hesabı ilə qalib ayrılan Azərbaycan idmançısı bürünc mükafata sahib çıxıb.
20:26
Azərbaycanın sərbəst güləşçisi Ruslan Abdullayev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, 57 kq-da çıxış edən idmançı finalda moldovalı Anton Vlasla qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn idmançı qitə çempionu olub.
Qeyd edək ki, bu gün həmçinin 70 kq-da Cavidan Əhmədov, 79 kq-da Sadiq Mustafazadə və 97 kq-da Zəfər Əliyev bürünc medal uğrunda görüşə çıxacaqlar.
20:21
Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında finala yüksəlib.
Oxu.Az-ın məlumatına görə, 61 kq çəki dərəcəsində mübarizə aparan Ceyhun Allahverdiyev və 125 kq-da yarışan Yusif Dursunov həlledici görüşə vəsiqə qazanıblar.
Onlar yarımfinalda müvafiq olaraq ispaniyalı Mark Alvaresə (11:0) və ukraynalı Vladimir Koçanova (4:0) qalib gəliblər.
Finalda Allahverdiyev ermənistanlı Levik Mikayelyan, Dursunov isə türkiyəli Hakan Büyükccingillə qarşılaşacaq.