İlham Əliyev Blinkeni “Laçın” SBM-də silahlı təxribat və qaçaqmalçılıq barədə məlumatlandırıb
13-iyl, 12:05 113 Gündəm / SiyasətAzərbaycan Prezidenti Prezident İlham Əliyev telefon danışığı zamanı ABŞ Dövlət katibi Antoni Blinkeni “Laçın” sərhəd-buraxılış məntəqəsində (SBM) silahlı təxribat və qaçaqmalçılıq barədə məlumatlandırıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Laçın” sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.