Sosial şəbəkə fırıldaqçıları

Son vaxtlar sisial şəbəkələrdə vətəndaşlara  onlayn kredit vermək adı ilə dələduzluq halları surətlə artmaqdadır. Bu fırıkdaqçı-dəlıduzlar törətdukləri cinayər əməli ilə onsuz da sosial durumları ağır olan, ehtiyac və sıxıntı  içərisində  yaşayan vətəndaşlarımızın maddi durumunu daha da ağırlaşdırıb, dözülməz hala gətirirlər. Biz bu barədə
Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi cənab Əbülfət Rzayevə  müraciət edirik.
Məlumat üçün bildiririk ki, bir qrup fırıldaqçı ünsürlər toplaşaraq, sosial şəbəkələr - whatsapp üzərindən özlərinə "Kredit Bərpa", "Azərbaycan Mikro-kredit" və s. adları aktında saxta onlayn kredit profilləri açaraq, vətəndaşlara güya bir neçə dəqiqə ərzində, sadə şərtlər əsasında istədikləri məbləğdə kredit verəcəkləri vədləri verərək, insanlarımızı aldatmaqla məşğuldurlar. Bunun üçün də müxtəlif məbləğdə rüsumlar tələb edirlər, 80, 50, 35 manat və s. Vətəndaşlara müxtəlif marketlərdə, pulsuz paylanan, ada keçməyən kapital bank kartlarının hesab nömrələrini: 4169 7388 8189 4699, 4169 7388 7892 7149,     4169 7388 8040 6958 və s. nömrəli kaoital bank kartlarına bu rüsumları ödətdirərək, öz "qurbanlarına" bir neçə dəqiqədə hesablarına lazım olan kredit miqdarını köçürəcəklərini deyərək, həmin müştərinin nömrəsini blok edirlər. Bu dələduzlar 050 494 40 32, 055 263 88 27 və s.nömrəli  mobil telefon istifadəçiləri artıq "peşəkar " fəaliyyətdədirlər. Bunların bəziləri ya öz ad və soyadlarını gizlədir, bəziləri isə özlərini təqdim edirlər- doğru ya yalan, bunu əlbətdəki istintaq müəyyən edəcəkdir. Bu dələduzlar elə zənn edirlər ki, Azərbaycan hüquq mühafizə orqanları onları tapıb, ifşa edib müttəhimlər kürsüsündə əyləşdirə bilməyəcəklər, əsla yanılırlar. Heç bir cinayət cəzasız qalmır. 055 263 88 27 nömrəli mobil telefon nömrəsinin whatsappında yaradılmış saxta "Azərbaycan Mikro Kredit" profilinfdən özünü Hacıyeva Aytac Vüqar qızı kimi təqdim edən dələduz - fırıldaqçı hətta müştərini inandırmaq üçün şəxsiyyət vəsiqəsinin surətini belə göndərmişdir.
055 263 88 27 mobil nömrənin whatsapp- ında  yaradılmış saxta " Azərbaycan Mikro Kredit"   profilinfdən özünü mikro kredit mütəxəssisi kimi təqdim edən, Azərbaycan dilində səlis danışa bilməyən, dili söz tutmayan Səfərov Altay adıyla ınsanları aldadaraq, onları daha da çətin, çıxılmaz duruma salan bu dələduzun canfəşanlığı insanda daha da ikrah hissi yaradır. 050 494 40 32 mobil telefon nömrəsinin whatsapp-ında yaradılan "Kredit Bərpa"  saxta ktedit profili də eyni qaydada vətəndaşlarımızı aldadaraq dələduzluq edirlır. Hüquq mühafizə orqanlarına müraciət edərək xahişimi təmin eləsinlər, bu dələduzların cinayətkar əmməllərinə son qoyaraq, onları məsuliyyətə cəlb edilmələrini xahiş edirik.
Vətəndaşlara isə müraciət edərək, bildiririk ki,  sosial  şəbəkələrdə reklam olunan heç bir onlayn kredit profillərinə inanmasınlar, onlar fırıldaqçı və dələduzdurlar, cinayətkardırlar. Bu dələduzların qurbanlarına çevrilən bütün vətəndaşlara tövsiyyə edirik ki, yaşadığınız ərazi üzrə polis bölmələrinə yaxınlaşıb, müraciət edin, imkan verməyin ki, hər hansı bir cinayətkar ünsürlər sizi aldatmasınlar.
Mövzunu nəzarətdə saxlayaraq, araşdırmalarımız davam edir.

Teqdimattv.info.az