Naxçıvanda vəzifəli şəxslər işdən çıxarıldılar
28-iyl, 11:35 109 Gündəm / SiyasətNaxçıvan Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamı ilə iki vəzifəli şəxs işdən azad olunub.
APA xəbər verir ki, icra başçısı Mirsənani Seyidovun müvafiq sərəncamları ilə Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru Fariz Bağırov və Naxçıvan Sukanalizasiya İdarəsinin müdiri İlqar Əliyev vəzifələrindən azad ediliblər.
İcra başçısının digər sərəncamları ilə Əli Vəliyev Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru, Mustafa Mustafayev isə Naxçıvan Sukanalizasiya İdarəsinin müdiri təyin olunublar.