Türkiyənin XİN başçısı Moskvaya səfər edəcək
24-avq, 12:21 98 Gündəm / SiyasətTürkiyənin xarici işlər naziri Hakan Fidan “Taxıl sazişi”nin bərpası ilə bağlı danışıqlar aparmaq üçün sentyabrda Moskvaya səfər edəcək.
Məlumata görə, həmçinin, İstanbulda Rusiya, BMT və Türkiyə nümayəndələri arasında “Taxıl sazişi” üzrə danışıqların aparılması mümkündür. Görüş uğurlu olarsa, gələcəkdə İstanbulda Ukraynanın iştirakı ilə danışıqların aparıla biləcəyi də gözlənilir.
Qəzetin yazdığına görə, avqustun 23-də Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç Kiyevə səfər edib, avqustun 25-də isə Fidan Ukraynanın paytaxtına yola düşəcək. Türkiyə nümayəndələri arasında danışıqların gündəmində Qara dəniz “Taxıl sazişi”nin həyata keçirilməsinin bərpası var.
Mənbə: TASS