Şəhidlərimiz qürur yerimiz, and yerimizdir!


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, ikiəsrin sərkərdəsi İlham Heydər oğlu Əliyevin beynəlxalq, diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın haqq səsini bütün dünyaya bəyan edərək Azərbaycan haqqında mənfi fikirdə olan iri dövlətlərə Şuşada qəsri-qalada, Xanqızı Natəvan yurdunda yanan qələbə tonqalından çıxan hər bir qığılcım  həmin dövlətlərin məkirli niyyətini alovlandıraraq külə döndərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi və əmri ilə rəşadətli Azərbaycan ordusu əzmkarlıqla döyüşərək Qarabağ torpaqlarını işğaldan azad etdilər. 44 günlük haqq savaşında, ədalət savaşında qələbə ilə çıxan Azərbaycan xalqının qəhrəman oğlulları şəhid olaraq şəhadətə yüksəldilər. Qəlbimizin nuru, başımızın tacı olan şəhidlər Azərbaycan adlı ulu məmləkətə zəfər adlı bir qələbə tarixi yazdılar. Məkanınız cənnət olsun Azərbaycan şəhidi. Biz Azərbaycan xalqı sizinlə fəxr edirik. 
Qarabağ-Azərbaycandır!