Azərbaycanın Cənubi Qafqaz hədəfi: Sülh və əməkdaşlığa nail olmaq - ŞƏRH
28-okt, 18:30 102 Gündəm / SiyasətAzərbaycan 30 illik işğala, separatizmə son qoymaqla postsovet məkanında, Cənubi Qafqazda yeni bir reallıq yaratdı. Ərazi bütövlüyünü, suverenliyini bərpa etdi və bu tarixi hadisə ilə tək bölgədə deyil, beynəlxalq aləmdə bir ilkə imza atdı. Ermənistan da sülh sazişinə imza atacağı təqdirdə Cənubi Qafqazda yeni bir siyasi durum yaranmış olacaq. Düzdür, Ermənistan hələ ki sülh sazişini imzalamaqdan uzaqdır, silahlanmaq və bölgəni Ukrayna və Suriyaya çevirmək niyyətində olan qüvvələrin əlində oyuncaq rolunu oynayır. Azərbaycanın sülh təşəbbüslərini cavablandırmaq əvəzinə, Fransanın diktəsi ilə oturub, durur. Ara-sıra populist bəyanatlar səsləndirərək sülh sazişinin imzalanmasından bəhs edir. Ermənistanın baş naziri Nikol Paşinyanın Tbilisidə “sülh qovşağı” təşəbbüsü də bu qəbildəndir. Lakin Paşinyan və onun havadarları “unudur” ki, məhz Azərbaycan dəfələrlə regionda əbədi sülhün yaranmasının zəruriliyini vurğulayıb. Məhz ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev “Qafqaz Evi” təşəbbüsü ilə çıxış edib, bölgənin inkişafının sülh və əmin-amanlıqdan keçdiyini irəli sürüb. Prezident İlham Əliyevin hər çıxışından ilhamlanan Nikol Paşinyan əvvəl səslənən fikirləri təkrarlamağa çalışır. Prezidentin Gürcüstana səfərindən dərhal sonra Tbilisiyə beynəlxalq tədbirə qatılıb regional layihələrdən, populist ideyalardan dəm vurur. Halbuki Azərbaycan üç ildir sülh təşəbbüsü ilə çıxış edir, İrəvan isə bunu görməzlikdən gəlir, daha çox Qərbdən gələn əmr və çağırışları eşidir.
Götürək, Fransa və Hindistanla imzaladığı silah alınması ilə bağlı sazişləri. Tbilisidə sülh təşəbbüsü ilə çıxış edən zaman ona təəssüf ki, bu barədə sual verən olmadı. Silah almağın nədir, sülh təşəbbüsün nədir? Bu silahları kimə qarşı yönəltmək istəyirsən? Təbii ki, Azərbaycana. Hələ də ümid edir ki, işğaldan azad olunan torpaqları geri qaytaracaq. Ermənistan baş nazirinin diqqətinə Prezident İlham Əliyevin Tbilisidə səsləndirdiyi daha bir dahiyanə fikri çatdırmaq istərdik. “Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzrə fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - bu zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq”, - Azərbaycan Prezidenti qeyd edib. Cənubi Qafqaz ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini qeyd edən dövlət başçısı bir çox sahələr, o cümlədən nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu üzrə əməkdaşlığın çox uğurlu ola biləcəyini vurğulayıb. “İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar. O, Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanması ilə bağlı fikir mübadiləsi aparıldığını və Azərbaycanın buna hazır olduğunu bəyan edib. Cənab Prezident sülh olacağı təqdirdə faktiki olaraq Qafqaz evi ideyasının reallaşmasının mümkünlüyünə işarə edib.
Ölkə Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağı təqdirdə regionda tamamilə yeni vəziyyət yaranacağını, region ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini vurğulamaqla yanaşı, həm də bu normallaşma prosesində Gürcüstanın vasitəçiliyi məsələsini qeyd edib. Azərbaycan regionun problemlərinin region çərçivəsində həllinə tərəfdar olaraq ölkələri arasında yeni əməkdaşlıq formatının yaradılmasını və bu formatın ümumilikdə bölgənin inkişafına xidmət edəcəyini bəyan edib. Bu gün artıq hər kəs, o cümlədən Gürcüstan da etiraf edir ki, Azərbaycan regionun aparıcı ölkəsidir, ölkələrimizi strateji müttəfiqlik, dost və tərəfdaşlıq birləşdirir. Prezidentin bəyan etdiyi çərçivədə əməkdaşlıq Cənubi Qafqazda yeni mühit yarada, iqtisadi layihələrə yol aça bilər. Məhz bu da ölkələrin inteqrasiya olunmuş modelinin yaranmasını şərtləndirərdi və Ermənistan da istəyərsə, bu modelin tərkib hissəsi ola bilər.
Beləliklə, ümid etmək olar ki, Ermənistan onu çirkin və riyakar oyunlara qoşmağa çalışan beynəlxalq güclərin, xüsusən də Fransa kimi dövlətlərin əlində alət olmaqdan yan olacaq. Anlamalıdır ki, xalqını düşdüyü səfalət və zillətdən çıxarmağın yolu sülh, əmin-amanlıqdan keçir. Başqa yol yoxdur. Sözdə deyil, əməldə “sülh göyərçini” olmaq gərəkdir.
“Report” İnformasiya Agentliyi