Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir


Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana üç reysi gecikir.
"Report"un yerli bürosu xəbər verir ki, saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251, 11:50-də uçmalı J2-253 və 16:40-da uçmalı J2-255 reysləri təxirə salınıb.
12:13
Azərbaycan Hava Yollarının J2-251 və J2-253 nömrəli Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətinin məlumatında deyilir.
Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.
Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
09:06
Bakı-Naxçıvan aviareysi təxirə salınıb.
“Report” xəbər verir ki, saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251 reysi saat 9:30-a kimi təxirə salınıb.
Məlumata görə, bu, Naxçıvan Muxtar Respublikasındakı mövcud hava şəraiti ilə əlaqədardır.

Bizimlə əlaqə saxlayın