Nazir: “ASAN xidmət” “Qafqazda ən yaxşı startap nəticələri” mükafatına layiq görülüb”
17-yan, 11:22 103 Gündəm“Azərbaycanın innovativ brendi “ASAN xidmət” qlobal startap xəritəsini formalaşdıran mötəbər beynəlxalq təşkilat “StartupBlink” tərəfindən innovasiya ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə “Qafqazda ən yaxşı startap nəticələri” mükafatına layiq görülüb”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Qlobal reytinqə görə, 2023-cü ildə ölkəmiz bu sahədə ən uğurlu 100 ölkə siyahısında 84-cü yerdə qərarlaşıb. “ASAN xidmət” heyətinə təbriklərimizi çatdırır və biznes mühitinin inkişafına verdiyi töhfələrə görə təşəkkürümüzü bildiririk”, - deyə nazir qeyd edib.