Ərdoğan: “İlham Əliyev də dedi ki, onun ölkəyə girişinə imkan vermərəm”

Ərdoğan: “İlham Əliyev də dedi ki, onun ölkəyə girişinə imkan vermərəm”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə mühüm açıqlamalar verib. Ərdoğan səfirlərin qalmaqallı bəyanatı və geri çəkilmələri ilə bağlı suallarını cavablandırıb.

 CHP İstanbul millət vəkili və bir zamanlar Azərbaycanda səfir olmuş  Ünal Çeviközün 10 səfirlə bağlı ciddi etirazlara səbəb olan açıqlaması barədə məsələyə aydınlıq gətirən Ərdoğan deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi diqqətəlayiq dialoqdan danışıb.

Ərdoğan deyib: “Biri keçmişdə Bakıda səfir olub, indi CHP-də guya siyasətlə məşğuldur. Hətta cənab İlhamla danışarkən  “bir daha bu adamı ölkəyə girişinə imkan vermərəm” dedi. Çünki o, Azərbaycana da xəyanət edib. İlk növbədə səfir  olduğunuz ölkənin siyasətinə hörmət etməyi öyrənin”.

Qeyd edək ki, 2001-2004-cü illərdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri olmuş Ünal Çeviköz  hər zaman ermənilərə simpatiya bəsləyən siyasi fiqurlar sırasında yer alır. O, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanmış məşhur protokolları hazırlayanlardan biri məhz Əhməd Ünal Çeviköz olub.

O, 44 günlük Vətən savaşında Türkiyənin guya Qarabağa Suriyadan muzdlu döyüşçü gətirməsi iddiasını ortaya atıb. Məhz onun bu sözündən sonra ermənilər və anti-Azərbaycan qüvvələr ölkəmizə qarşı bu məsələdə qara piar kimi istifadə ediblər.