Xalqımızın qan yaddaşı-Xocalı faciəsindən 32 il ötür
23-fev, 08:00 87 Gündəm / CəmiyyətTarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 31 il ötür. Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib. Erməni şovinistlərinin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri son anadək özlərini qəhrəman kimi aparıb, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməyiblər.
Xocalı faciəsi əsrlər boyunca ermənilərin xalqımıza və bütün türk dünyasına qarşı törətdikləri soyqırımlarının daha bir qanlı təzahürüdür. Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”. Fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəhətli faciələrindən biri baş verdi: Azərbaycanın Xocalı rayonunda erməni faşistkləri ilə rus hərbiçiləri dinc əhalini vəhşicəsinə qətlə yetirdilər. Yüzlərlə günahsız insanın qanı axıdıldı o gün.
Xocalı qırğını XX əsrin sinəsində açdığı ən dərin qanlı soyqrımdır. Xocalı hadisələrinə sadəcə olaraq bir şəhərin köçürülməsi, dinc adamların öldürülməsi faktı kimi baxmaq sadəlövhlük olardı. Müharibənin öz amansız qanunları var. Xocalı faciəsi bir də onu göstərdi ki, dost, qardaş dediyimiz qonşuların qəlbində bizə nə qədər kin, küdurət və nifrət gizlənirmiş. Hərdən adamı təəccüb bürüyür: uzun illər ərzində onlar bu nifrəti necə də məharətlə gizlədib saxlaya biliblər? Xocalı xalqımızın tarixində qanla yazılmış ən müdhiş səhifələrdən biridir. Nə qədər Azərbaycan xalqı var, nə qədər dilimiz və yaddaşımız var bu tarix unudulmamalıdır. Şəhid olan bacı-qardaşlarımız, ermənilər tərəfinən girov götürülüb, görünmənmiş əzab-əziyyətə düçar edilən, min bir işgəncə ilə öldürülən qız-gəlinlərimizin, qocalarımızın, körpələrimizin harayı, batan qanı... Nəhayət, Xocalı məhşəri, Xocalı genosidi. Xocalı qırğını Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək elə bir fəlakətdir ki, dağ-iniltisi hələ neçə əsr davam edəcəkdir. Xocalı qırğını xalqımızın ləyaqətli, mərd, vətənpərvər övladlarının yaddaşında əbədi həkk olunmuş tarixi bir faktdır.
26 fevral 1992-ci il. Bəşər tarixində görünməmiş (faciə) soyqırım. Ana bətnindəki doğulmayan körpədən tutmuş ixtiyar qocayadək soydaşlarımızı vəhşiliklə süngülərə sancan, yatdıqları yerdə oda-atəşə tutmuşdu ermənilər. Bu soyqrım nəticəsində Azərbaycan xalqı minlərlə şəhid verdi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirildilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağıyalın, başıaçıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. Xocalı soyqrımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli şəkildə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Buna görə də biz bu gün bütün Xocalı şəhidlərinin ruhuna rəhmət oxuyaraq, eyni zamanda, başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, bir o qədər də nikbin olmalıyıq. Kafir ermənilər fevralın 25-dən 26-na keçən gecə kimsəsiz xocalılara divan tutdu. Adamlar gecənin qaranlığında, güllə, mərmi yağışının dəhşətinə ayaqyalın, başıaçıq baş götürüb dağlara, meşələrə qaçırdı. Allah qisasımızı yerdə qoymadı. Vaxt - vədə yetişdi, haqqın qapısı açıldı, torpaqlarımız azad olundu. İgid oğullarımız erməninin murdar nəfəsini boğub məhv etdi. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. İllərlə 1992-ci il fevralın 26-da Xocalıda soydaşlarımızın başına gətirilən faciənin ağrı-acısı ilə yaşadıq, ürəyimiz dərddən-ələmdən yara bağladı. O günahsız insanlara, yaşlılara, uşaqlara, qızlara, gəlinlərə, cavanlara tutulan divana yandıq, yaxıldıq...
Yer üzündən silinən ailələrin müsibətinə, qundaqda ömrü qırılan körpələrin yarımçıq taleyinə ağladıq, gözlərimiz qan-yaş tökdü. Və qəlbimizdə alışan qisas alovu ilə Xocalıda şəhid olan, əsir götürülərək min-bir işgəncəyə məruz qalan soydaşlarımızın intiqamını alacağımıza and içdik...
And içdik ki, qisasları qiyamətə qalmayacaq.Və 2020-ci ilin Vətən müharibəsi həm də şəhidlərimiz qarşısında verdiyimiz o andın yerinə yetdiyi savaş kimi Azərbaycan tarixinə həkk olundu...
Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr ermənilərin əli ilə suverenliyimizə, iqtisadi inkişafımıza mane olmaq istədilər. Xalqımıza gözdağı vermək üçün Xocalıda əsrin faciəsini törətdilər. Xilaskar Prezident İlham Əliyev oktyabrın 15-də Xocalıda müqəddəs bayrağımızı ucaltmaqla illərdir bu faciənin acısını canında, ruhunda daşıyanların ürəyinə bir təskinlik gətirdi. Bu mübarizədə şəhid olanların ruhunu sevindirdi. Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin müjdələdiyi 10 Noyabr- Qələbə Günündə insanlar əllərində al qırmızı qərənfillər Şəhidlər xiyabanına, Xocalı soyqırımının daşlaşmış əksi - “Ana harayı” abidəsinə, bölgələrimizdəki şəhid məzarlarına ziyarətə axışaraq “Ruhunuz şad olsun, Vətənimin şəhid övladları, artıq uğrunda can verdiyiniz ana torpağımız Qarabağ azadlığa qovuşub, Xocalıda qətl edilən günahsız insanların qanı yerdə qalmayıb...” dedilər. Ulu Öndər Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edib, hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulayıb.
İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 32 il keçir. Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır. Biz də ədliyyə işçiləri olaraq Xocalı soyqırımının 32-cu ildönümünü Xocalının qisasının alındığı gün kimi yad edirik. Xocalıda həlak olan şəhidlərimizin hər birinin ruhu qarşısında baş əyirik. İllər keçsə də, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.
Maral Həsənova
Nizami rayon qeydiyyat şöbəsinin rəisi