Azərbaycanda son bir ayda 21 nəfər koronavirusdan ölüb
02-fev, 11:03 115 Gündəm / SəhiyyəNazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 325 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 217 nəfər sağalıb. Ay ərzində analiz cavabı müsbət çıxan 21 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 834 630 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib. Onlardan 824 089 nəfər müalicə olunaraq sağalıb, hazırda 54 aktiv xəstə var. Bu günə qədər 10 400 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 333, bu günə qədər isə ümumilikdə 7 748 050 test icra olunub.