Respublika üzrə saat 10:00-a olan seçici fəallığı açıqlandı
07-fev, 11:49 102 GündəmMərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı səsvermə prosesində saat 10:00-a olan seçici fəallığını açıqlayıb.
APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10:00-a qədər respublika üzrə 1259371 nəfər səs verib, seçici fəallığı 19,44% faiz olub.
Qeyd edək ki, növbədənkənar prezident seçkisinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 12:00, saat 15:00, saat 17:00 və saat 19:00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.