Milli Məclisin sədri Sahibə Qafarova səs verib
07-fev, 12:07 118 Gündəm
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova fevralın 7-də 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.
AZƏRTAC xəbər verir ki, məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər.
Səhər saatlarından etibarən 11 saylı seçki məntəqəsində də seçicilərin yüksək fəallığı müşahidə olunur. Məntəqədə 1493 seçici qeydiyyatdadır, onlardan 26 nəfəri qeydiyyatdan çıxma vərəqəsi alıb.
Təhsil - Səhiyyə
daha çoxprev
next