Milli Məclisdə baş nazirin təyin edilməsinə razılıq məsələsinə baxılır - YENİLƏNİR
16-fev, 10:14 91 Gündəm / SiyasətMilli Məclisin iclasında “Əli Əsədovun Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələyə baxılır.
Oxu.Az xatırladır ki, təqdimat Prezident İlham Əliyev tərəfindən Milli Məclisə daxil olub.
Bildirək ki, Əli Əsədov 2019-cu ilin 8 oktyabrından baş nazirdir.
08:00
Bu gün Milli Məclisin iclası keçiriləcək.
Oxu.Az xatırladır ki, iclasda Prezident İlham Əliyevin baş nazirin təyin olunması üçün təqdimatına baxılacaq.
Qeyd edək ki, Milli Məclis Azərbaycan Prezidentinin təqdimatına əsasən Azərbaycan baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verir.
Bildirək ki, Azərbaycanda Nazirlər Kabineti 2024-cü ilin fevralın 14-də istefa verib. Bu, növbədənkənar prezident seçkisindən sonra tələb olunan prosedurla əlaqədardır.