AZAL-ın yeni prezidenti kimdir? - DOSYE
22-fev, 20:15 93 GündəmDövlət başçısının digər sərəncamı ilə, S.Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində davam etdirib.
O, 2009-2017-ci illərdə isə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri olub.
S.Rzayev 2017-ci ildən “Bravo” supermarketlər şəbəkəsində satış müdiri olub.
Samir Musa oğlu Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib.