Apreldə beş gün ardıcıl iş olmayacaq - SƏBƏB
24-fev, 15:13 91 Gündəm / Cəmiyyətİş və istirahət günlərinin yerləri dəyişdirilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.
Qeyd edək ki, 10-11 aprel Ramazan bayramına təsadüf edir. Belə olduqda, aprelin 10, 11, 12, 13 və 14-ü istirahət günləri olacaq.