“ZALOV İMZA TV” ALYANSININ RƏHBƏRİ HÜQUQ EKSPERTİ ZALOV İSMAYILIN VƏTƏNDAŞA ÇAĞIRIŞI.
24-fev, 18:39 106 Gündəm / CəmiyyətAzərbaycan Respublikasının hüquq mühafızə orqanlarının əməkdaşları xalqına xidmət etməsi göz qabağındadır! Buna sübut olaraq, bəzi saxta, dələduzluqla məşqul olan təşkilatlar özləri üçün təşkilat yaradaraq qeydiyyatdan keçmirlər, özlərinə saxta vəsiqələr düzəldərək dələduzluq yolu ilə maliyyə vəsaiti toplayır, vətəndaşlara hər hansı bir işlərinin düzəlməsi üçün pul yığır, özlərini sosial şəbəkələrdə reklam etdirir, guya şəhid ailələrinə yardım edir, özlərini hüquq mühafizə orqanlarının yanında nüfuzlu bir təşkilat kimi qələmə verirlər. Bunlada xalq arasında çaşqınlıq yaradırlar. Özlərini bu saxta, iyrənc yollarla tanıtdıqdan sonra öz mənfur saxta planlarını həyata keçirərək insanlara küllü miqdarda maddi və mənəvi ziyan vururlar. Bundan başqa bu kimi saxta saytlar, saxta jurnalistlər, saxta blogerlər də mövcuddur bunlar reketliklə, şantajla, hədəqorxu ilə vətəndaşları qorxudub onlar barəsində saxta çəklişlər edərək sosial şəbəkələrdə yayılması barədə qorxudaraq külli miqdarda pul alıb vətəndaşa ziyan vururlar. Bndan başqa saytlarında və sosial şəbəkələrdə vətəndaşların, dövlət məmurlarının, sahibkarların, restoran sahiblərinin, iş adamlarının şəkillərini paylaşaraq şantaj xarakterli yaılar yazaraq onlardan pul tələb edirlər və sonra isə paylaşdıqlarını pul əldə edəndən sonra silirlər. Bu kimi dələduz təşkilatlara qarşı Azərbaycan Respublikasının hüquq mühafizə orqanları daima mübarizə aparır və bu kimi təşilatların insanlara maddi və mənəvi ziyan vurmasının qarşısı qətiyyətlə alınacaqdır. Vətəndaşlardan xahiş edirəm bu kimi hallarla rastlaşdıqda Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə və Baş Prokurorluğun "961" çağrı mərkəzinə və "161-qaynar xətt" əlaqə mərkəzinə müraciət edəsiniz.