Sürücülərin NƏZƏRİNƏ: Metronun “28 May” stansiyasının qarşısına giriş BAĞLANIR
11-mar, 11:05 99 GündəmNəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərlə giriş qadağan ediləcək.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini bildirib ki, bu qərar sərnişin avtobuslarına şamil olunmayacaq.