Dayanma-durma ilə bağlı tələblər sərtləşdiriləcək
11-mar, 11:08 98 GündəmQayda pozuntuları, dayanma-durma ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini bildirib ki, şəhərdə mövcud problemlərin böyük əksəriyyəti qayda pozuntularından qaynaqlanır:
“Qarşıdakı dövrdə bəzi müəyyən tələblərin sərtləşdirilməsi ilə yanaşı, taksilərə, yük avtomobillərinə qarşı tələblərin müəyyənləşdirilməsi ilə bağlı sənədlər artıq hazırdır, Nazirlər Kabinetinə təqdim olunub. Yaxın günlərdə bu tələblər qəbul ediləcək”.