Rövşən Əkbərovun bacısı oğlu bu bölməyə rəis getdi
12-mar, 10:41 85 GündəmPolis polkovniki Samir Həsənov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə rəis təyin edilib.
Axar.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
O, bu təyinatadək Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Samir Həsənov həbsdə olan general-leytenant Rövşən Əkbərovun bacısı oğludur.