56 saylı körpələr evi uşaq baxçasında Novruz bayramı qeyd olunub

56 saylı körpələr evi uşaq baxçasında Novruz bayramı qeyd olunub

Bakı şəhəri                     19 mart 2024-cü il

Nərimanov Rayonu  56 saylı körpələr evi uşaq baxçasında Novruz bayramı münasibətilə şənlik keçirilib.

Müəssisəsinin direktoru Könül Maqsudova çıxış edərək uşaqları, onların valideynlərini, bağçanın kollektivini və tədbirə dəvət edilmiş qonaqları bayram münasibətilə təbrik edib, onlara əmin-amanlıq, ruzi-bərəkət və firəvan həyat arzulayıb.

Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər, 

Milli adət-ənənələr əsasında təşkil olunan bayramda balacalar mahnılar, rəqslər şeirlər ifa edib və müxtəlif səhnəciklər göstəriblər.  Bahar qızı, Kosa və Keçəli obrazlarını canlandıran balacalar isə tədbirə əsl bayram abu-havası qatıb şənliyi daha da yaddaqalan ediblər. Tədbirdə uşaqlar şənlənməklə yanaşı Novruz adətləri ilə yaxından tanış olub, bayram adətlərini – papaq atmağı, yumurta döyüşdürməyi, tonqaldan tullanmağı da unutmayıblar.

 Bahar qız, keçəl və kosa obrazlarını canlandıraraq şənliyi daha da yaddaqalan ediblər.

Bayram tədbiri şən rəqslərin ahəngi ilə yekunlaşıb.


Xezertv.info