Trampın hansı xəstəlikdən qorxduğu məlum oldu
22-mar, 12:09 98 Gündəm / Dünya“ABŞ-nin keçmiş prezidenti Donald Tramp Altsheymer xəstəliyindən qorxur, çünki onun atası Fred Tramp da bu xəstəlikdən əziyyət çəkib”.
Bu barədə “The Washington Post” qəzetində dərc olunan yazıda bildirilib.
Yazıdakı məlumat Trampın öz atası ilə ünsiyyətinə şahid olan, “Trump Organization” şirkətinin keçmiş top-menecerinə istinad edilib.
“Donald, şübhəsiz, Altsheymer xəstəliyindən qorxur”, - deyə şirkətin adı açıqlanmayan top-meneceri vurğulayıb.
O əlavə edib ki, Donald Tramp bunu etiraf etmək və bu cür şeylər haqqında ictimaiyyət qarşısında açıq danışmaq niyyətində deyil, amma bu aktualdır.
Nəşr qeyd edib ki, 1990-cı illərdə Trampın atası ağır vəziyyətdə olub və övladlarını tanımayıb.
Nəşrin xatırlatmasına görə, ABŞ-nin keçmiş prezidenti 1997-ci ildə verdiyi bir müsahibədə bildirib ki, atasını Altsheymer xəstəliyindən əziyyət çəkərkən görmək onu həyatın mənasızlığı haqqında ciddi şəkildə düşünməyə vadar edib.
Mənbə: Gazeta.ru