“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
28-mar, 14:59 75 Gündəm“Qafqazinfo” xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib.
Onun əvəzinə “Umid Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru Əli Qurban oğlu Qurbanov “Azneft” İB-yə yeni baş direktor təyin edilib.
Qeyd edək ki, Əli Qurban oğlu Qurbanov 1991-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə özül rəisi vəzifəsinə qədər yüksəlib. 1998-ci ildən başlayaraq bp şirkətində fəaliyyətini davam etdirib, 2011-ci ilə qədər Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Azərbaycanda müxtəlif layihələrdə çalışıb.
2011-ci ildən başlayaraq SOCAR-ın baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.
Fotoda Şahmar Hüseynov