Tariyel Əkbərovdan daha bir şikayət -” Bizim istəyimiz odur ki, yoxlama gəlsin, məktəbdə hər şey nəzarətə götürülsün”
29-mar, 21:22 82 GündəmDeyəndə ki, siz öz rahatçılığınızı təmin edirsiz, amma uşaqların gələcəyi üçün çalışmırsız, cavab verir ki, bu otağı mənim üçün dövlət qurub. Deyir ki, dövlət uşaqlara heç nə etmir, bunun günahkarı mən deyiləm.
Tariyel Əkbərovdan əvvəlki müdir valideynlərə çox hədə-qorxu gəlirdi deyə indi bir çoxu çəkilib qıraqda oturub. Çünki, gördülər ki, heç nə düzəlmir, əksinə pisə doğru gedir. Valideynlərin əksəriyyəti sağlamlıq imkanları məhdud olan uşaqlarının haqqınə istəyə bilmirlər, qorxurlar.
Bizim istəyimiz odur ki, yoxlama gəlsin, məktəbdə hər şey nəzarətə götürülsün.Bizim dərdimiz özümüzə bəsdir, imkan versinlər ki, uşaqlarımıza sənət öyrədək. Yoxlama gələn zaman rəhbərliyə öncədən məlumat verilməsə, burada vəziyyətin necə acınacaqlı olduğunu görərlər. 2 il əvvəl tikişi dayandırılmış BTE geyim formalarını uşaqlara layiq görüblər ki, geyinin. Amma çox köhnə olduğu üçün uşaqlar onu geyinmir. Dövlət tərəfindən ayrılan heç nə bizim uşaqlara verilmir”.
Məsələ ilə bağlı “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi” ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Onu da qeyd edək ki, sözügedən məktəblə bağlı dəfələrlə redaksiyamıza şikayətlər daxil olub. Onlardan birini video müraciət şəklində oxucularımıza təqdim edirik:
Jalə FAMİLQIZI
analoq.az