Azərbaycanla Qırğız Respublikası arasında COP29-a hazırlıq müzakirə edilib
06-apr, 11:16 90 GündəmQırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Oxu.Az xəbər verir ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib, eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.