Hakan Fidan Blinkenlə Qəzzada humanitar böhranı müzakirə edib
11-apr, 13:09 113 Gündəm / SiyasətTürkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə Qəzza zolağındakı vəziyyəti müzakirə edib.
Bu barədə Ankaradakı diplomatik mənbə bildirib. O, söhbətin Amerika tərəfinin təşəbbüsü ilə baş tutmasına aydınlıq gətirib.
Məlumata görə, telefon danışığı zamanı Qəzzadakı humanitar böhran və regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib.
Söhbətin digər təfərrüatı və təmasların səbəbləri barədə məlumat verilmir.
Mənbə: Haber Global