Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb
28-apr, 13:34 86 Gündəm / Siyasətİqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanına səfəri çərçivəsində krallığın “Saudi Aramco” şirkətinin prezidenti və baş direktoru Amin Nasserlə görüşündə enerji sahəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçirib.
Bu barədə nazir “X” hesabında bildirib.
“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı “Saudi Aramco” şirkətinin prezidenti və baş direktoru Amin H.Nasser ilə görüşdük. Ölkəmizdə xarici investorlar üçün yaradılan şəraitə, enerji sektorunda birgə fəaliyyət imkanlarına, istehsal layihələrində əməkdaşlıq potensialına toxunduq”, - iqtisadiyyat naziri qeyd edib.
Xatırladaq ki, daha əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunun “Qlobal əməkdaşlıq, artım və enerji inkişafı” tədbirində iştirak edəcəyini bildirmişdi.