Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR
14-may, 10:32 60 GündəmAzərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib.
Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərara əsasən, Komissiyanın üzvləri sırasına aşağıdakı bəndlər əlavə edilib:
- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini;
- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;
- Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini.