Prezidentdən Telli Pənahqızı ilə bağlı - Sərəncam


Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Telli Pənah qızı Əliyeva 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, sabah Əməkdar mədəniyyət işçisi, şairə Telli Pənahqızının 70 yaşı tamam olur.