Vasif Talıbovun ailəsinə ağır itki

Vasif Talıbovun ailəsinə ağır itkiTalıbovlar ailəsinə ağır itki üz verib.
“Qafqazinfo” TNS-ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun mərhum qardaşı İlqar Talıbovun oğlu Vüsal Talıbov uzunsürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Vüsal Talıbov Naxçıvan Muxtar Respublikası Prokurorluğunda işləyib, o, Naxçıvanda bir sıra biznes obyektlərinin, restoranların sahibi olub.