Kürdə batanlardan birinin meyiti tapıldı


Tovuzda bir neçə gün bundan əvvəl avtomobil ilə birlikdə Kürdə batan 3 nəfərdən birinin meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, meyit tibbi ekspertizaya aparılıb, onun kimliyi dəqiqləşdirilir.
Digər iki nəfərin axtarışları isə davam etdirilir.
Xatırladaq ki, “VAZ-2107” markalı avtomobilin Kür çayına aşması nəticəsində 1992-ci il təvəllüdlü Turqut İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb. Onlardan yalnız T.İbrahimov çaydan çıxa bilib.
Yunis Quliyev