Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin Milli Qurtuluş Günü münasibətilə 32 nömrəli tam orta məktəbdə təşkil etdiyi, #TAİB-in İdarə Heyətinin, millət vəkillərinin də qatıldığı tədbir möhtəşəm oldu


Dövlətçilik məfkurəsi Azərbaycan Bayrağının ucalığı olan ümummilli lider, xilaskar öndər Heydər Əliyevin yaddaş aynamızda məna siqləti ilə bərq vuran "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir" deyimi qutsallıq məqamında olan məslək-məramın ifadəsi, bəyanı və mənəvi bir yoldur.

Dühasından doğuldu dan,
Şəfəqləndi Azərbaycan.
Önümüzdən ötdü duman…
Günəş, nurdur Heydər yolu!

Böyük olur xalqla rəhbər;
Gəlişiylə müjdə, xəbər…
O, xalq dedi, xalqsa Heydər!
Məslək, hürrdür Heydər yolu!

Uca bayraq şöləsində,
Himnimizin gur səsində,
Hər sözündə, kəlməsində
Qutsal, pirdir Heydər yolu!

Əzəməti – el qüvvəti,
Dəyanəti – ər qüdrəti,
Vətən adlı qüdsiyyəti
Şan, qürurdur Heydər yolu!

Gedənindir – yol deyiblər,
Özü yoldur Ulu Öndər!
Nəsil-nəsil yol gedilər…
Bu yol birdir – Heydər yolu!

Tapdıq ƏLİBƏYLİ