Ərdoğan ABŞ-yə səfər edəcək
07-iyl, 12:34 74 Gündəm / SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-11-də NATO ölkələrinin Vaşinqtonda keçiriləcək Zirvə toplantısında iştirak etmək üçün ABŞ-yə səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki bu haqda “TRT Haber” məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə liderinin Vaşinqtonda dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulur.
Xatırladaq ki, Ərdoğan iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 24-cü sammitində iştirak edib.
O, sammit çərçivəsində bir sıra liderlərlə, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.