“Kəpəz”i bu məşqçi çalışdıracaq

“Kəpəz”ə yeni baş məşqçi təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
“Sarı-göylər”i Azər Bağırov çalışdıracaq. 40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. 
Azər Bağırov son olaraq “Araz-Naxçıvan” klubunda fəaliyyət göstərib.
Xatırladaq ki, Gəncə təmsilçisi avqustun 29-da baş məşqçisi Adil Şükürovu istefaya göndərib. 
Hazırda “Kəpəz” Premyer Liqada 10 komanda arasında sonuncu yeri tutur. Komanda bu mövsüm keçirdiyi 5 oyunun hamısında uduzub.