BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təhlükəsiz və ədalətli enerji keçidini sürətləndirəcək platforma olacaq
12-noy, 10:46 55 Gündəm / CəmiyyətZALOV İMZA TV ALYANS TƏSİSÇİSİ,
BEYNƏLXALQ HÜQUQ EKSPERTİ
İSMAYIL ZALOV’UN BƏYANATI
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə çox mühüm tarixi uğurlar qazanıb. Bu uğurlar ölkəmizi bütün dünyaya tanıdıb. Eyni zamanda bu illər ərzində ölkəmiz beynəlxalq və regional əhəmiyyətli çoxsaylı tədbirlərə evsahibliyi edib. Artıq ölkəmiz belə mühüm tədbirlərin təşkili və keçirilməsi ilə bağlı zəngin təcrübə toplayıb.
Məhz buna görə 2023-cü il dekabrın 11-də keçirilmiş COP28-in plenar iclasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bu, dünyanın aparıcı ölkələrinin Azərbaycana verdiyi yüksək dəyərdir, göstərdiyi xoş münasibətdir. BMT tərəfindən təşkil edilən bu ekoloji tədbirin əsas məqsədi iqlim dəyişikliyinə beynəlxalq reaksiyanı artırmaq üçün diplomatları, dövlət və hökumət başçılarını, ekoloqları bir araya gətirməkdir.
Tərəflər Konfransı 1992-ci ildə BMT-nin ilk iqlim müqaviləsini imzalayan və "iqlimə təhlükəli müdaxilə" ilə mübarizə aparmağı vəd edən 197 ölkəni özündə birləşdirir. Konfransa dünyada olan bütün ölkələr üzvdür və buna görə də əvvəl keçirilmiş COP tədbirləri ən çox dünya liderlərini bir araya gətirən toplantılar kimi tarixə düşüb.
İlk COP 1995-ci ildə Almaniyanın paytaxtı Berlində keçirilib. Sessiyaya BMT-nin beş regional qrupu növbə ilə evsahibliyi edir və hər dəfə bu qrupa aid olan müxtəlif ölkələr ev sahibi olaraq seçilir. Bu il isə növbə Şərqi Avropa qrupunda idi. Azərbaycan Şərqi Avropa ölkələrinin yekdil dəstəyi ilə Tərəflər Konfransının 29-cu sessiyasının ev sahibi olaraq seçildi.
COP29 dünya ictimaiyyətini səfərbər edəcək qərarların verilməsi baxımından həlledici hadisə olacaq. Dünyanın 80 faizinin iqlim dəyişikliyindən əziyyət çəkdiyi bir vaxtda Bakıda təşkil olunacaq bu vacib platformada problemin həlli yolları müzakirə olunacaq. Məlumdur ki, COP29-un əsas müzakirə mövzusu iqlim maliyyəsidir və Bakıda yeni kəmiyyət hədəfinin formalaşdırılması nəzərdə tutulur. Azərbaycanın məqsədi yalnız milli deyil, qlobal səviyyədə də yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. Azərbaycan COP29-un ev sahibi kimi 14 əsas təşəbbüs irəli sürüb. Yeri gəlmişkən, inklüzivlik də COP29 sədrliyinin mühüm prinsiplərindən biridir. Ev sahibi olaraq COP29-da inklüzivliyi prioritetləşdirmək, həllərin həm ədalətli, həm də bərabər olmasını təmin etmək əsas hədəflərdən biridir. Azərbaycan sədr kimi proses boyu inklüzivliyə tam sadiqlik nümayiş etdirir.
COP29-un gündəliyi proqnozlaşdırılabilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir. Cop-29 beynəlxalq tədbirinin maksimal dərəcədə təhlükəsizliyinin təmin olunması üçün bütün xüsusi xidmət orqanları səfərbər edilib. Gecə-gündüz demədən ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərin təhlükəsizliyini təmin edən xüsusi xidmət orqanları bu tədbirində təhlükəsizliyini maksimal şəkildə təmin edəcək. Hərzaman olduğu kimi bu möhtəbər tədbir zamanı iştirakçıların və qonaqların təhlükəsizliyi, gəlməsi-getməsi və yerləşdirilməsi təmin olunur. DİN əməkdaşları 7/24 betün iştirakçıların təhlükəsizliyini təmin etməyə hazırdır. Eyni zamanda diğər xüsusi xidmət orqanlarıyla sıx əməkdaşlıq edərək. Qonaqlarımızın Bakımızda rahat etməsi üçün hərcür şərait yaradılıb.
Azərbaycanın Dövlət Yol Polisi İdarəsi, ölkənin COP29 sammitinə ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda, yol hərəkətinin sıxlığının azaldılması üçün ictimaiyyətdən əməkdaşlıq etməyə çağırış edib. Noyabrın ilk ongünlüyündən başlayaraq, paytaxt qlobal konfransa qatılacaq beynəlxalq nümayəndə və rəsmiləri qarşılayacaq.
İdarə, tədbir zamanı həm qonaqların, həm də sakinlərin təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün xüsusi bir hərəkət idarəetmə planı hazırlayıb. Bakı boyunca müəyyən küçə və prospektlərdə fasiləli hərəkət məhdudiyyətləri tətbiq olunacağına baxmayaraq, səlahiyyətlilər hazırkı yanaşma əsasında uzunmüddətli yol bağlanmalarına ehtiyac olmadığını vurğulayıb.
Azərbaycan Polisi COP-29 Bakıda keçirilməsi zamanı ictimai asayişin qorunması və təhlükəsizliyin təmin edilməsi kimi vacib tapşırığın öhdəsindən layiqincə gələcək. Azərbaycan yenidən bütün dünyadan gələn qonaqlara evsahibliyi edir və bunu bizim növbəti uğrumuz adlandırmaq olar.
Azərbaycan yenidən bütün dünyaya genişmiqyaslı beynəlxalq səviyyəli təbirlərə evsahibliyi etmək təcrübəsinə malik olduğunu sübut etdi.
Dövlət təhlükəsizliyinin qorunması, xarici qonaqların sərbəst dolaşması üçün bütün dövlət xüsusi təhlükəsizlik orqanları birgə əməkdaşlıq edir. DİN,DTX,XRİTDX və diğər xüsusi təhlükəsizlik xidmət orqanları 7/24 COP-29 Beynəlxalq tədbirinin təhlükəsizliyinin təmini üçün tam hazırdır.
Ölkəmizi ziyarət edəcək qonaqların Hava limanından yerləşəcəyi tədbir zonasına qədər bütün yollar açıq və şəffaf olacaq. Eyni zamanda tədbir iştirakçıların gözəl Bakımızı ziyarət etməsi üçündə hərcür şərait yaradılmışdır.
Hüquq-mühafizə və dövlət təhlükəsizlik xidməti orqanlarının əməkdaşlarının səyləri nəticəsində tədbirdə yüksək təhlükəsizlik səviyyəsi təmin olur və tədbir uğurla başa çatacaq. Qonaqların təhlükəsizliyini təmin etməyə cəlb edilən əməkdaşlar da diqqətlə seçilib. Gələn qonaqlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanında polislər tərəfindən qarşılanıb, Yol Patrul Xidməti qonaqların otellərə təhlükəsiz şəkildə çatdırılmasına yardım edib. Bu o deməkdir ki, paytaxt polisi bütün resursları və şəxsi heyəti işə cəlb edib.
Keçmiş təcrübələrə əsaslanaraq əminliklə deyə bilərəm ki Xüsusi təhlükəsizlik orqanları bu Beynəlxalq tədbirin tam təhlükəsizliyini təmin edəcək. Birdaha Azərbaycan Respublikası DİN,DTX.XRİTDX, DSX,FHN,ARSN və diğər xidmət orqanlarına təşəkkür edirəm
ZALOV İMZA TV ALYANS TƏSİSÇİSİ
BEYNƏLXALQ HÜQUQ EKSPERTİ
İSMAYIL ZALOV