Gəncədə 27 yaşlı qadın bıçaqlandı
01-dek, 11:18 5 Gündəm / BölgəGəncədə bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhər ərazində qeydə alınıb.
Belə ki 1997-ci il təvəllüdlü G. Mirzəyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin qardaşı, 2002-ci il təvəllüdlü Emin Verdiyevin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.