Fədakar tibb işçilərimiz
31-dek, 13:05 38 Gündəm / CəmiyyətHər bir insanın sağlam olması ən böyük xoşbəxtliyidir.Əgər insan sağlam olarsa,bütün arzularını sağlam,şəffaf həyata keçirmək iqtidarındadır.Çağdaş dünyamızda insan,sağlamlığına təsir edən stress,əsəb,gərgin həyat tərzi və digər mənfi amillər təsir etməklə vaxtından əvvəl müxtəlif xəstəliklərlə qarşılaşır.
Bu anda bizə kömək edən Uca Allahın ömrümüzə caladığı xoş anlarla yanaşı,tibb işçilərimizin fədakarlığı başlıca rol oynayır.Belə ki,hər bir veteranı gülərüzlülüklə qarşılayıb,ilk anda ona yardım əlini uzadan fədakar tibb işçilərimizdir.Veteranların ümidgahı olan,Müharibə veteranları Respublika Xəstəxanasında çalışan fədakar tibb işçilərimizdən söz açmaq yerinə düşər.Bəli,hər bir veteran həyatın keşmə-keşli yollarını mətin addımlayaraq Veteran adını şərəflə daşımaqla,onların tibb işçilərinin qayğısına həmişə ehtiyacları olub və olacaqdır.Bu xəstəxananın çox mehriban,səmimi,Hippokrat andına sadiqliyini öz əməli işində doğuran baş həkim Nicat Cəlilovun,şöbə müdürü Zahirə Əsədovanın,tibb bacılarından Çimnaz Musayevanın,Lalə Zeynalovanın,Mətanət Əliyevanın,Aytəkin Əliyevanın,Turanə Seyidovanın və digərlərinin veteranlara göstərdiyi yüksək qayğıya görə onlara minnətdar olmaqla,sərf etdikləri əməkləri həmişə veteranlar tərəfindəm yüksək qiymətləndirilir.
Bu tibb işçilərindən biri-Çimnaz Musayevanın keçirdiyi şərəfli həyat yolu barədə söhbət açmağı özümüzə mənəvi borc bilirik.Çimnaz Musayeva hər bir veteran üçün səmimiyyət,mehribançılıq simvoludur.
O,1969-cu ildə Bakı şəhərində anadan olmuş,181 saylı orta məktəbi bitirmişdir.1 №-li Bakı tibb məktəbini fərqlənmə diplomu ilə bitirərək həmin ildən əmək fəaliyyətinə başlamışdır.Hal-hazırda Müharibə veteranları xəstəxanasında tibb bacısı kimi veteranlara yüksək tibbi xidmətini davam etdirir.Onun peşəkar tibb işçisi olması,hər hansı xəstəyə həkimlər tərəfindən qoyulmuş diaqnozun düzgün yerinə yetirilməsində lazım olan dərman və tibbi preparatları vaxtında tətbiq etməsi hər bir xəstədə xoş-əhval ruhiyyə yaradır və şəfalı əlləri,səmimi sözləri,göstərdiyi mehribançılıq xəstələrin tez bir zamanda sağalmasına bütün əməyini sərf edir.Biz veteranlar ancaq şəfalı əlləriniz var olsun deməklə onların yeni il bayramını təbrik edir,onların hər birinə mənalı ,sağlam həyat və şərəfli peşələrində uğurlar arzusu ilə xəstəxanadan ayrılırıq.
Veteranlar adından...
Soltanağa Cəfərov AJB-nin üzvü “Qızıl Qələm” media mükafatı laureatı
Mustafa Axundov-ehtiyatda olan zabit