DİN-dən məktəbin həyətində valideynlərin davası barədə açıqlama

DİN-dən məktəbin həyətində valideynlərin davası barədə açıqlama
Daxili İşlər Nazirliyi (DİN) Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbin həyətində valideynlər arasında baş verən insidentə münasibət bildirib.
    
Qaynarinfo xəbər verir ki, qurumun Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfillinin sözlərinə görə, ötən il dekabrın 18-də mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə polis şöbəsinə müraciət ediblər:

     "Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə hər iki şəxs ekspertizaya göndərilib. Polis idarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcək".