Y E N İ N Ə Ş R


Tanınmış yazıçı-publisist, jurnalist, filoloq-pedaqoq Səyadulla Kərimlinin çoxdandır ki, üzərində çalışdığı, kiçik yaşlı məktəblilər ücun yazdığı şeir, hekayə, nağıl və tapmacalar toplanmış "Balalara töhfə"si (redaktor: Tapdıq Əlibəyli ) bu günlərdə Qanun Nəşrlər Evində işıq üzü görüb. Bu münasibətlə müəllifi - sevimli müəllimim, dostumu axarlı uğurlar diləyilə təbrik edirəm!
 Cəmiyyətin sabahı, gələcəyimiz olan uşaqlara ünvanlanan bu kitabda müəllif "balaca dostlar"ını həmsöhbət olmağa dəvət edir:
 SALAM, BALACA DOSTLAR!
 Kim yatıb, kim oyaq?..
 Yəqin həmişəki kimi deyəcəksiniz ki, hamı yatıb, Cırtdan oyaq!
 Cırtdan nə üçün oyaq?..
 Bax bu suala cavab tapmaq üçün gərək əlinizə aldığınız bu kitabı
 səliqə ilə vərəqləyib, diqqətlə oxuyasınız. Onda görəcəksiniz ki, burada
 sizi çoxlu-çoxlu maraqlı şeir, hekayə, nağıl, tapmaca gözləyir. Onların
 köməkliyi ilə siz sehrli dünyamızın hər yerinə səyahət edəcək, tənbəl
 Dadaşdan tutmuş, qoçaq Qaya, lovğa Elxan, çoxbilmiş Ayan, Jalə,
 Nərmin, Vüqar, Yağmur və digər uşaqlarla tanış olacaqsınız. Siz
 burada həm də sinəsiağ qaranquşla, uzunquyruq siçanla, hiyləgər
 tülküylə, gözləri fanar kimi alışıb-yanan canavarla, özündənrazı şirlə
 rastlaşacaqsınız. Əlbəttə, bu işdə mən – Cırtdan da sizə qoşulacaq, sizə
 yol yoldaşı olacağam.
 Mən nə yerdəyəm, nə göydə. Nə uzaqdayam, nə yaxında. Amma hər
 şeyi görürəm, hər şeyi bilirəm. Axtarsanız, ünvanımı bu kitabı sizlərə
 hədiyyə edən yazıçı-publisist Səyadulla Kərimlidən soruşun...


  Tapdıq ƏLİBƏYLİ