"VHMOUD" İB - “Sağlam həyat sağlam gələcəkdir”
14-mar, 17:23 184 Gündəm / Cəmiyyət / SosialAzərbaycan Respublikası Qeyri-Hökumət Təşkiatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyinin gənclər və yeniyetmələr arasında zərərli vərdişlərin profilaktikası məqsədilə “Sağlam həyat sağlam gələcəkdir” lahiyyəsi 01.02.2022-ci il tarixdən başlanmasına start vermişdir. Lahiyyə 3 ay müddətində Bakı şəhərində həyata keçiriləcək.
“Sağlam həyat sağlam gələcəkdir” lahiyyəsi cərcivəsində zərərli vərdişlərin o cümlədən narkomaniyanın ölkəmizdə yeniyetmələr və gənclər arasnda yayılması sözügedən vərdişlərə qarşı mübarizədə maarifləndirmə məqsədi ilə SƏHNƏ teatrının könüllü aktyorlarının iştirakı ilə “Külə dönmüş arzular”tamaşası hazırlanmış və 15.03.2021-ci il saat 15 00 tarixində Binəqədi Mərkəzi Mədəniyyət Evində yeniyetmə və gənclərə pulsuz nümayiş etdirlcəkdir.
Düşünürəm ki, “Sağlam həyat sağlam gələcəkdir” lahiyyəsi çərçivəsində “Külə dönmüş arzular”tamaşasının nümayişi zərərli vərdişlərin cəmiyyətimizin və dövlətimizin inkişafına , ailə planlaşdırmasına, sağlamlığa,sosial yüksəlişə mane olmasını minlərlə yeniyetmə və gənclərimizə aşılaya biləcəyik-deyə Valideyn Himayəsindən Məhrum Olunmuş Uşaqlara Dayaq İçtimai Birliyinin sədri Mehriban Hüseynova bildirmişdir.